"Komo"nun futbolçusu Niko Pas İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, "İnter" argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Milan təmsilçisi 21 yaşlı oyunçu üçün yayda 58 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Komo" Niko Pası 2024-cü ilin yayında "Real"dan 6 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm A Seriyasında keçirdiyi 8 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest