26 Oktyabr 2025, 17:28
FUTBOL
Qazaxıstan Premyer Liqasında 2025-ci ilin mövsümü başa çatıb.
Matc.az xəbər verir ki, sonuncu turda Almatı təmsilçisi "Kayrat" səfərdə ən yaxın izləyicisi "Astana" ilə 1:1 hesablı heç-heçə edərək çempionluğunu rəsmiləşdirib.
Bu nəticə "Kayrat"a mövsümü zirvədə başa vurmaq üçün kifayət edib. Rafael Urazbaxtinin komandası 59 xal toplayaraq ardıcıl ikinci dəfə ölkə çempionu adını qazanıb. "Astana" 57 xalla ikinci, "Tobol" isə 54 xalla üçüncü pilləni tutub.
Bununla da "Kayrat" ardıcıl 2-ci, ümumilikdə 5-ci dəfə ölkə çempionu olub.












