"Aston Villa" müdafiəçi Metti Keşin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Polşa millisinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Klub istəsə, müqaviləni daha 1 il artıra bilər.

Qeyd edək ki, "Aston Villa" Metti Keşi 2020-ci ilin yayında "Nottingem Forest"dən transfer edib. 28 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm komandanın heyətində 13 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest