"Real"ın baş məşqçisi Xabi Alonso "Barselona"nın hücumçusu Lamin Yamalla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Alonso Yamalın Madrid klubunu fırıldaqçı və şikayətçi olduğu barədə iddialarına cavab verib.

"Təfərrüatlara varmayacağam. "Barselona" çoxlu açıqlamalar verir və mən onların hamısını dəyərləndirə bilmərəm. Əhəmiyyətli olan meydanda nələrin baş verməsidir".

Qeyd edək ki, "Real" İspaniya La Liqasının 10-cu turunda Kataloniya klubu ilə qarşılaşacaq.

La Liqanın doqquz turundan sonra Madrid klubu 24 xalla birinci yerdədir. "Barselona" isə 22 xalla ikinci sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest