25 Sentyabr 2025, 14:34
AVROPA LİQASI
“Roma” UEFA Avropa Liqasında yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, "canavarlar" ötən gün Liqa mərhələsinin turunda Fransada “Nitsa”nı məğlub etməklə buna nail olub.
İtaliya klubu turnirdə qazandığı qələbələrinin sayını 98-ə çatdırıb.
“Roma” Avroliqanın son qalibi, hazırda Çempionlar Liqasında çıxış edən “Tottenhem”in (97 qələbə) rekordunu qırıb.