Qarşılşamanı qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək

UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" matçının hakimləri açıqlanıb.

Matc.az xəbər verir ki, qarşılşamanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Erik Lambrexts olacaq. Ona laynsmanlar Co De Veird və Kevin Monteni kömək edəcək. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

Görüşün VAR hakimi Bram Van Driesşe olacaq. AVAR-da isə isveçrəli Fedayi San ona köməklik göstərəcək.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması 16 sentyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest