Təcrübəli fransalı müdafiəçi Samuel Umtiti tezliklə karyerasını başa vuracağını açıqlayacaq.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı futbolçu hazırda azad agent statusundadır.Ötən gün o, doğma klubu "Lion"un məşq bazasında görüntülənib. Çox güman ki, Umtiti təqaüdə çıxdığını açıqlayacağı video çəkməyə gəlib.

Umtitinin karyerasında sonuncu klubu "Lill" olub. Müqaviləsi bu ilin iyunun sonunda başa çatıb. Lakin xroniki diz problemləri səbəbindən o, sonuncu dəfə 2024-cü ilin yanvarında meydana çıxıb.

Qeyd edək ki, Umtiti "Lion", "Barselona" və "Leççe"də də çıxış edib. 2016-2019-cu illərdə Fransa millisinin heyətində 31 oyun keçirib, 4 qol vurub və 2018-ci ildə dünya çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest