04 Sentyabr 2025, 11:32
ÇEMPİONLAR LİQASI
Premyer Liqa nəhəngi bir neçə gün öncə "Brayton"dan icarəyə götürdüyü Fakundo Buonanottenin adını iştirak ərizəsinə daxil etməyib.
Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" iştirak ərizəsini UEFA-ya təqddim edib.
Matc.az xəbər verir ki, London təmsilçisinin siyahısında 23 futbolçu yer alıb.
Premyer Liqa nəhəngi bir neçə gün öncə "Brayton"dan icarəyə götürdüyü Fakundo Buonanottenin adını iştirak ərizəsinə daxil etməyib. Argentinalı yarımmüdafiəçi Çempionlar Liqası matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Bakıda baş tutacaq.