04 Sentyabr 2025, 10:59
FUTBOL
"Beşiktaş" "Arsenal"ın futbolçusu Leandro Trossardı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Qara qartallar" belçikalı vinger üçün London klubu ilə danışıqlara başlayıb. "Beşiktaş" 30 yaşlı oyunçu üçün 22 milyon avroluq təklif göndərib.
Premyer Liqa nəhəngi 1 illik müqaviləsi qalan təcrübəli oyunçunun satışına isti yanaşır.
Qeyd edək ki, Leandro Trossard ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 56 oyunda 10 qol vurub, 10 qol ötürməsi edib.