04 Sentyabr 2025, 09:56
FUTBOL
"Çelsi"nin sabiq futbolçusu Kurt Zuma karyerasını Rumıniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, fransalı müdafiəçi ÇFR-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kluj təmsilçisi Fransa millisinin sabiq üzvü olan 30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kurt Zumanın son klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oroba" olub. O, 2014-2021-ci illərdə "Çelsi"də çıxış edib.