"Braqa"nın futbolçusu Rojer Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Əl-İttihad" portuqaliyalı vingerin keçidini həll edib. Ərəblər 19 yaşlı oyunçu üçün onun klubuna 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Portuqaliya U-21 millisinin üzvü olan Fernandeş bu mövsüm "Braqa"nın heyətində keçirdiyi 7 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest