Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan" daha bir futbolçunu heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı oyunçu son olaraq Maltanın "Gzira" klubunun formasını geyinib.

"Ayaks"ın yetirməsi Niderlandda "Telstar", Norveçdə "Aalesund", Bolqarıstanda "Lokomotiv Plovdiv", Rumıniyada "Botosani" və "Mioveni" komandalarında da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest