"Real" Andrey Lunin üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Diario Gol" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu ukraynalını sata bilər, lakin transfer məbləğinin ən azı 20 milyon avro olmalıdır.

Ukrayna millisinin qapıçısının xidmətində "Mançester Yunayted" və "Vilyarreal" maraqlıdır və təklif gəlsə, hər şey Luninin özündən asılı olacaq.

Qeyd edək ki, 2024/25 mövsümündə qapıçı "Real"ın heyətində 14 oyun keçirib, onlardan 6-nı qol buraxmadan başa vurub. Luninin müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest