03 Avqust 2025, 00:23
FUTBOL
Londonun "Vest Hem" klubu 33 yaşlı ingilis hücumçu Kallum Uilson ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, futbolçu azad agent kimi 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Uilson son beş ili əsas hücumçulardan biri olduğu "Nyukasl"da keçirib. Lakin ötən mövsüm onun performansı aşağı düşüb. O, Premyer Liqanın 18 matçında o, nə qol vurub, nə də bir məhsuldar ötürmə edib.