"Bugünkü məşqin bizim üçün xeyri böyük olar". Matç.az saytı xəbər verir ki, bu sözlər "Arsenal"ın futbolçusu Aleks İvobi məxsusdu.

Nigeriyalı yarımmüdafiəçi bu gün Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la keçiriləcək qarşılaşmanı dəyərləndirib.

22 yaşlı oyunçu iddialı sözləri ilə diqqət çəkib: "Bugünkü məşqin bizim üçün xeyri böyük olar. çünki məhz burda çıxış edəcəyik. Bu, matça hazırlıq baxımından önəmlidi".

 

- ötən mövsümlə müqayisədə bu dəfə daha təcrübəli oyunçularla Avropa Liqasında iştirak edirsiniz. Belə başa düşmək olarmı ki, indi turnirə daha böyük önəm kəsb edirsiniz?

- Xeyr. Biz daim hər bir turnirə ciddi hazırlaşırıq.


- ötən mövsümlə müqayisədə bu dəfə meydanda daha sərbəst olursunuz. Bunun nə dərəcədə önəmi olur?

- Bəli, bunun oyunuma olduqca böyük müsbət təsiri var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest