10 İyul 2025, 12:19
FUTBOL
"Atletiko"nun futbolçusu Anxel Korrea karyerasını Meksikada davam etdirəcək.
Matc.az xəbər verir ki, argentinalı vinger "Tiqres"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentina millisi ilə dünya çempionu olmuş oyunçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. "Tiqres" 30 yaşlı futbolçu İspaniya təmsilçisinə üçün 8 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Anxel Korrea 2015-ci ildən "Atletiko"da çıxış edirdi.