08 İyul 2025, 13:36
FUTBOL
"Fənərbaxça" Ceyden Ostervoldenin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi İstanbul nəhəngində qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.