04 İyul 2025, 09:57
FUTBOL
"Milan" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" "Torino"nun kapitanı Samuele Riççini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" İtaliya millisinin üzvü üçün onun klubuna 23 milyon avro təzminat ödəyəcək. 23 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Samuele Riççi ötən mövsüm "Torino"nun heyətində keçirdiyi 36 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.