"Mançester Siti" bu yay "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.

Mançester təmsilçisi fransız futbolçunu 34 yaşlı yarımmüdafiəçi İlkay Gündoğan və arabir meydanın mərkəzində də çıxış edən 30 yaşlı Bernardo Silvanın əvəzedicisi kimi görür.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın da Kamavinqanı bəyəndiyi vurğulanır. Mütəxəssis hesab edir ki, 22 yaşlı futbolçu komandaya enerji qatmağa qadirdir.

Qeyd edək ki, bu mövsüm Kamavinqa bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest