08 Mart 2025, 14:18
FUTBOL
"Atletik"in cinah oyunçusu Niko Uilyams "Barselona"ya keçidinin ötən yay niyə baş tutmamasına cavab verib.
Matc.az xəbər verir ki, gənc futbolçu 62 milyon avroluq təklifdən niyə imtina etdiyini açıqlayıb.
"Atletik" mənim ailəmdir. Klub daxilində inanılmaz əlaqələrimiz var. Düşünmürəm ki, başqa yerdə belə ab-hava tapa bilməzdim. O anda mənə doğru gələn bir qərar verdim və bundan çox məmnunam".
Qeyd edək ki, 22 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 70 milyon avrodur.