08 Mart 2025, 12:01
FUTBOL
"Milan" Serxio Konseysao ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlib. Portuqaliyalı mütəxəssis mövsümün sonunda "rossoneri"nin baş məşqçi postunu tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Şira məlumat verib.
Bildirilir ki, İtaliya nəhəngi Konseysaonu daha əvvəl də qovan bilər. "Milan"ın İtaliya çempionatında "Leççe" (8 mart) və "Komo" ilə (15 mart) uduzacağı təqdirdə, 50 yaşlı mütəxəssis ilə yollar daha tez ayrılacaq.
Xatırladaq ki, Konseysao 2024-cü ilin dekabr ayının sonunda İtaliya klubuna baş məşqçisi təyin edilib. A Seriyasının 27 turundan sonra "Milan"ın 41 xalı var və 9-cu yerdədir.