"Real" Arda Güler və Endriki icarəyə göndərməyi nəzərdən keçirir.

Matc.az xəbər verir ki, futbolçulara Almaniya klublarının marağı var.

Madrid klubu gənc futbolçuları Bundesliqa təmsilçilərinə icarəyə verməyə razıdır. "Real" futbolçuların daha çox oyun şansı əldə edərək, təcrübə qazanmasını istəyir. Həm Arda, həm də Endrik bu mövsüm Karlo Ançelottinin rəhbərliyi altında oyun vaxtı əldə etməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, "Bavariya" klubunun Arda Güleri birdəfəlik transfer etmək üçün 50 milyon ödəyə biləcəyi irəli sürülüb. Bəzi klublar isə Ardanı icarəyə götürmək istəyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest