Ulduz futbolçu Neymar uzun müddətdən sonra Braziliya millisinə dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanın DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentina ilə baş tutacaq görüşlər üçün açıqlanan heyətində “Santos”un hücumçusunun da adı var. Neymar sonuncu dəfə 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı matçda millinin heyətində yer alıb. “Sambaçı” məhz həmin oyunda ciddi zədə alaraq uzun müddətə sıradan çıxmışdı.

Qeyd edək ki, Braziliya Kolumbiya ilə martın 21-də, Argentina ilə 25-də üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest