"Arsenal" yayda "Nyukasl"ın 25 yaşlı forvardı Aleksander İsakı transfer etmək üçün hücumçu Leandro Trossarı və ya cinah oyunçusu Qabriel Martinellini satmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilir ki, isveçli futbolçunu almaq üçün London klubu İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmamaq üçün futbolçuları satmağa məcbur olacaq. Trossard və Martinelli ilə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı vurğulanır.

Qeyd edək ki, bu mövsüm İsak bütün turnirlərdə 30 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest