Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Matc.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək.

Bununla da sonuncu yarımfinalçıların adlarına da aydınlıq gələcək.

Günün ilk görüşündə "Zirə" saat 16:00-da "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu komandaların ilk oyunu Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Cütün qalibi növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.

Günün digər qarşılaşmasında isə "Neftçi" saat 19:30-da öz meydanında "Kəpəz"lə üz-üzə gələcək. İlk görüşdə 2:0 hesablı səfər qələbəsi qazanan “ağ-qaralar” cavab oyunu öncəsi üstünlüyə malikdilər.

Qeyd edək ki, ötən gün baş tutan iki cavab oyunundan sonra "Qarabağ" və "Sabah" yarımfinalda oynamaq hüququ qazanıb.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
28 fevral

“Neftçi” - “Kəpəz” - 1:0 
Qol: Bassala Sambu, 27
Qırmızı vərəqə: B.Sambu
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
"Neftçi Arena".
İlk oyun: 2:0

“Neftçi”: 93. Rza Cəfərov (k) 8. Emin Mahmudov 3. Höccət Haqverdi 19. Azər Salahlı 13. Emil Səfərov 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 9. Bassala Sambu 18. Ryonosuke Ohori 11. Aleks Fernandes
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 10. Filip Ozobiç 17. Rəhman Hacıyev 7. Azər Əliyev 4. Elvin Camalov 90. Ramil Şeydayev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 22. Dembo Darboe 20. Alfa Konte
Baş məşqçi: Samir Abasov
“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 8. Elmir Tağıyev 9. Luis Paçu 29. Dioqo Verdaska 28. Rati Ardazişvili 11. Trent Buhagiar 10. Karim Lkoça 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 78. Yeqor Xvalko
Baş məşqçi: Azər Bağırov

 “Zirə” - “Araz-Naxçıvan” - 0:2
Qollar: Felipe Santos, 3 (pen.), 45 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 0:1.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tiaqo Silva, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest