24 Fevral 2025, 21:00
FUTBOL
"Mançester Siti"nin 7 əsas oyunçusuna klubdan məlumat verilib ki, onlar mövsümün sonunda özlərinə yeni tapmalı olacaqlar.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
Bildirilir ki, müvafiq bildirişləri qapıçı Ederson, müdafiəçi Con Stounz, eləcə də yarımmüdafiəçilər Mateo Kovaçiç, İlkay Gündoğan, Bernardo Silva, Cek Qriliş və Kevin de Bruyne alıb.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandada islahat apararaq, əvvəlki səviyyəsinə qayıda bilməyəcək bütün oyunçularla yolları ayırmağı planlaşdırır.