07 Fevral 2025, 17:29
FUTBOL
Koul Palmer son iki ay ərzində qol şanslarına görə “Top-5” liqaya başçılıq edir. Matc.az xəbər verir ki, “Çelsi”nin 22 yaşlı yarımmüdafiəçisi dekabrın 4-dən bəri komanda yoldaşlarına 32 qol şansı yaradıb.
Bu isə Avropanın “böyük beşlik” ölkələrində çıxış edən bütün oyunçulardan çoxdu. Ancaq Palmerin bu məhsuldarlığını komanda yoldaşları dəyərləndirə bilməyib. Nəticədə 32 vəziyyətin heç birində onun adı assistent kimi statistikaya düşməyib. Palmer sonuncu dəfə dekabrın 1-də “Aston Villa” ilə matçda (3:0) assist edib.
İngiltərə millisinin üzvü ümumilikdə cari mövsüm Premyer Liqanın 24 oyununda 14 qol vurub, 6 məhsuldar ötürmə verib.