20 Yanvar 2025, 11:12
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Mövsümün ikinci hissəsinə hazırlaşan “Qəbələ” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, “qırmızı-qaralar” “Qaradağ Lökbatan”la qarşılaşacaq. Yanvarın 23-də Binə qəsəbə stadionunda gerçəkləşəcək görüş saat 13:30-da start götürəcək.
Qeyd edək ki, “Qəbələ” hazırlığa yanvarın 9-da başlayıb və ilk yoxlama matçında “Mingəçevir”i 4 cavabsız qolla üstələyib.

            
 


_1762210118.jpg)







