11 Noyabr 2024, 15:53
FUTBOL
Qranadada naməlum şəxs yeniyetmələrin oyunu zamanı tribunalara atəş açıb. Matc.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilib ki, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Polis qaçmağa müvəffəq olan cinayətkarın axtarışlarını davam etdirir.
Atışma 8-9 yaş arası komandalar arasında keçirilən oyunda baş verib. Atışma başlayandan sonra uşaqlar tribunaların altındakı otaqda gizləniblər.