Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu.

Misli Premyer Liqasının XIII turu sülhsevərliyi ilə yadda qalıb. Matc.az xəbər verir ki, beş oyundan üçündə heç-heçə qeydə alınıb.

“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest