02 Noyabr 2024, 11:45
FUTBOL
Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.
Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.
Bildirilir ki, 38 yaşlıq qolkiper məsələ ilə bağlı İstanbul təmsilçisinin rəhbərliyinə və baş məşqçi Okan Buruka məlumat verib.
Qeyd edək ki, uruqvaylı qapıçı 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Superliqanın qalibi olub. Təcrübəli qapıçı dörd dəfə ölkə kubokunu, altı dəfə isə Superkuboku qazanıb.