02 Noyabr 2024, 10:46
FUTBOL
"Kəpəz"in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev kollektiv məşqlərə qoşulub.
"Kəpəz"in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev kollektiv məşqlərə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Gənc yarımmüdafiəçi müalicə prosesi başa çatdıqdan sonra 10 gün idi ki, fərdi halda çalışırdı. Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamağa icazə verilib.
Qeyd edək ki, "Kəpəz" sabah Misli Premyer Liqasının XII turunda "Səbail"i qəbul edəcək. Görüş Tovuz şəhər stadionunda, saat 16:00-da start götürəcək.