02 Noyabr 2024, 09:58
FUTBOL
Noyabrın 1-də "Mançester Yunayted"ə baş məşqçi təyin olunan 39 yaşlı portuqaliyalı mütəxəssis Ruben Amorim 1970-ci ildən bu yana komandanın ən gənc baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat paylaşıb.
Bildirilir ki, portuqaliyalı 33 yaşlı Uilf Makqinnesin 1970-ci ildə Mançester klubuna başçılıq etdiyi vaxtdan bəri klubun ən gənc məşqçisi olub.
Xatırladaq ki, "Mançester Yunayted" Ruben Amorimin baş məşqçi təyin olunduğunu rəsmi saytında açıqlayıb. Mütəxəssis noyabrın 11-dən komanda ilə işə başlayacaq. Portuqaliyalının "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Həmçinin tərəflərin razılaşmasında onun daha bir mövsüm uzadılması maddəsi də var.