Türkiyə milli komandası UEFA Millətlər B Liqasının IV qrupunun dördüncü turunda bu gün səfərdə İslandiya ilə qarşılaşacaq.

Matc.az xəbər verir ki, qarşılaşmadan əvvəl yerdə donma səbəbiylə oyunun təxirə salınması ehtimalı gündəmdə olsa da, UEFA rəsmiləri və stadiona baxış keçirən hakim görüşün keçirilməsinə qərar verib.

Xatırladaq ki, İslandiya – Türkiyə matçı 22:45-də start götürəcək.

Türkiyə 7 xalla qrupda birinci yerdə qərarlaşıb. İslandiya isə 4 xalla üçüncüdür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest