10 Sentyabr 2024, 16:02
FUTBOL
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Ayaks”ın Niderland Erediviziyasında oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, buna səbəb polislərin etiraz aksiyası keçirməsidi.
Polis işçiləri erkən təqaüdə çıxmaq tələbi ilə çıxış ediblər. Asayiş keşikçiləri şəhərdə səs-küylü aksiyalar keçirərək, polis bölmələrini bağlayıblar.
Bu hadisə ilə bağlı sentyabrın 15-də “Yohan Kroyff Arena”da keçirilməli olan “Ayaks” – “Utrext” görüşü təhlükəsizliyə görə təxirə salınıb. Amsterdam təmsilçisinin növbəti matçı sentyabrın 18-də “Fortuna”ya qarşı olacaq.
Qeyd edək ki, “Qarabağ” III tur çərçivəsində oktyabrın 24-də Bakıda “Ayaks”ı qəbul edəcək.