“Barselona”nın sabiq futbolçusu Paulinyo karyerasını bitirib. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi qərarını rəsmən elan edib.

Son olaraq “Korintians”ın formasını geyinmiş 36 yaşlı futbolçu butslarını mismardan asmaq qərarına gəlib. Paulinyo bundan sonra nə edəcəyinə hələ qərar verməyib.

Qeyd edək ki, Avropada “Tottenhem”də də oynamış Paulinyo Braziliya millisində keçirdiyi 56 oyunda 13 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest