08 Avqust 2024, 09:49
FUTBOL
Lionel Messi avqustda meydana çıxmaya bilər. Matc.az xəbər verir ki, Amerika Kubokunda sağ topuğundan zədələnən argentinalı hücumçu tam gücü ilə məşq edə bilmir.
Sağalma dönəminin ilk mərhələsində “İnter Mayami”nin kapitanı ortopedik buts geyinib. Hazırda o, tibb işçilərinin nəzarəti altında idman zalında hazırlaşır. MLS klubu risk etməmək üçün 37 yaşlı forvardı tələsdirmək istəmir.
Messi Argentina millisinin qarşıdakı oyunlarında meydana çıxmağa ümid edir. Dünya çempionu sentyabrın 6-da Çili, 10-da Kolumbiya ilə qarşılaşacaq.