07 Avqust 2024, 18:11
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Matc.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, oyun 11 avqust tarixində, saat 18:45-də Tovuz şəhər stadionunda baş tutacaq.

            
 


_1762210118.jpg)







