06 Avqust 2024, 16:06
FUTBOL
“Bavariya” ilə “Mançester Yunayted” arasında Mattiys de Liqtin transferi ilə bağlı danışıqlar uğursuz nəticələnib. Matc.az xəbər verir ki, Niderland millisinin üzvünün İngiltərə klubuna keçidi baş tutmayıb.
Bu səbəbdən mərkəz müdafiəçisi tətildən sonra mövsümöncəsi təlim-məşq toplanışı üçün klubu “Bavariya”ya qayıdacaq. Münhenlilər onun keçidi üçün qarşı tərəfdən 50 milyon avro və bonuslar tələb edir. Almaniya klubu bu məbləğin ödənilməsi təqdirində 24 yaşlı oyunçusunu satmağa razılaşacaq.
Qeyd edək ki, Mattiys de Liqt 2022-ci ildən “Bavariya”da çıxış edir.