"Roma"nın hücumçusu Paulo Dibala İtaliya klubu ilə olan müqaviləsinin müddətini uzadıb. 32 yaşlı argentinalı futbolçunun Roma təmsilçisi ilə yeni sözləşməsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, paytaxt təmsilçisi təcrübəli oyunçunun komandadakı rolunu xüsusi vurğulayıb: "Ciallorossi"nin heyətində keçirdiyi 4 mövsüm ərzində hücumçu həm yaşıl meydanda, həm də kənarda komandanın liderlərindən biri kimi özünü təsdiqləyib. "Roma" ilə La Xoya (Dsubalanın ləqəbi - Xəzinə) arasındakı hekayə davam edir, qarşıda hələ yazılacaq çox fəsillər var. Birlikdə irəli, Paulo!"

Qeyd edək ki, argentinalı ulduz 2022-ci ilin yayından, "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusu ilə Roma komandasına qoşulub. Dibala ötən 2025/2026 mövsümündə bütün turnirlərdə 26 matçda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə ilə yaddan qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest