Kolumbiya millisinin hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqes İtaliyanın "Latsio" klubunun diqqətini cəlb edib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.

Bildirilir ki, Roma təmsilçisi 2026-cı il dünya çempionatında 5 matça çıxaraq yaxşı təsir bağışlayan təcrübəli futbolçunun durumunu yaxından izləyir.

Qeyd edək ki, karyerası ərzində Madrid "Real"ı və "Bavariya" kimi nəhəng klubların formasını geyinmiş ulduz oyunçunun Avropadakı son dayanacağı "Rayo Valyekano" olub. O, 2025-ci ilin yanvarında bu komandadan Meksikanın "Leon" klubuna keçib.

Ötən mövsümü isə "Minesota Yunayted"də keçirən 35 yaşlı yarımmüdafiəçinin ABŞ təmsilçisi ilə müqaviləsi iyunun sonunda başa çatıb. Bu səbəbdən "Latsio" kolumbiyalı futbolçunu azad agent statusu ilə pulsuz heyətinə qatmaq şansına sahibdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest