04 Avqust 2024, 20:51
FUTBOL
“Trabzonspor”dan ayrılan Nikolas Pepe karyerasını “Vilyarreal”da davam etdirəcək.
Matc.az xəbər verir ki, Pepe La Liqa təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Fil Dişi Sahili millisinin futbolçusu Türkiyənin “Trabzonspor” klubundan ayrıldıqdan sonra bu yay azad agent olub.
29 yaşlı afrikalı yarımmüdafiəçi ötən ilin sentyabrında “Trabzonspor”a keçib. Türkiyə klubunun heyətində 23 matçda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.