09 İyul 2024, 21:15
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
“İnter” “Cenoa”nın ispaniyalı qapıçı Josep Martines ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, 26 yaşlı ispan qolkiperlə 5 illik müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Transferin məbləği açıqlanmır. İlkin məlumata görə, “İnter” qapıçı üçün 13 milyon avro və əlavə ödəniş kimi 2 milyon avro ödəməli olub.
Qeyd edək ki, Josep Martines “Cenoa”da cəmi bir mövsüm çıxış edib. İspaniyalı qapıçı A Seriyasında 36 oyun keçirib, 43 qol buraxıb.

            
 





_1762260863.jpg)




