Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili Ağdam klubundan ayrılıb.

Ölkəmizi UEFA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək “Qarabağ”da ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili Ağdam klubundan ayrılıb.

Artıq 25 yaşlı qolkiperin yeni klubu da bəllidir. Quqeşaşvili karyerasını Yunanıstanda davam etdirəcək. O, bu ölkənin "Panserraikos" klubu ilə anlaşıb. Tərəflər arasında 2026-cı ilədək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Quqeşaşvili 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi.

Qeyd edək ki, yay fasiləsində “Qarabağ”dan digər qapıçı Andrey Lunyov da ayrılıb. Əvəzində ağdamlılar qapı xəttinə Fabian Buntiçi transfer ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest