“Fənərbaxça”nın sol cinah müdafiəçisi Ferdi Kadıoğlu İngiltərə klublarının hədəfinə çevrilib.

Mtac.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat paylaşıb.

24 yaşlı futbolçunun transferində “Arsenal” və “Nyukasl” maraqlıdır. Bu səbəblə, Türkiyə millisinin Niderland ilə oyununu İngiltərə klublarının nümayəndələri də izləyib.

Kadıoğluna ingilis klublarından başqa İtaliyanın “Napoli” və Dortmund “Borussiya”sı da iddialıdır. Alman klubu futbolçunun transferi üçün 25-30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Ferdi Kadıoğlu 2018-ci ildən “Fənərbaxça”da çıxış edir. O, bütün turnirlərdə 140 oyun keçirib, 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest