08 İyun 2024, 13:16
FUTBOL
“Mançester Siti”nin qapıçısı Stefan Orteqa klubu ilə yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, 31 yaşlı almaniyalı Mançester klubu ilə 2 illik müqaviləyə razılaşıb. Şifahi razılaşma artıq hazırdır, sadəcə sənədləri tərtib etmək qalıb. Orteqanın bir çox seçimi var idi, lakin o, qalmağa qərar verib.
Qeyd edək ki, 31 yaşlı qapıçı mövsümün bütün turnirlərində 20 oyun keçirib, onlardan 8-də komandanın qapısını toxunulmaz saxlayıb, qalanlarında isə 20 qol buraxıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 9 milyon avrodur.