08 İyun 2024, 02:35
FUTBOL
“Renn”in mərkəz müdafiəçisi Januel Belosyan karyerasını “Bayer”də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Almaniya klubunun rəsmi saytı yayıb.
Leverkuzen təmsilçisi bu transfer üçün 15 milyon avrosundan keçməli olub.
Qeyd edək ki, 19 yaşlı müdafiəçi “Renn”in yetirməsidir. O, Fransa klubunun heyətində 39 oyun keçirib və 1 məhsuldar ötürmə edib.