“Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroy yenidən İngiltərədə çalışa bilər. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu dəfə məşqçi kimi Premyer Liqada işləməyə yaxındı.

Çünki “Lester” rəhbərliyi baş məşqçi postuna Niderland millisinin sabiq hücumçusunu gətirməyi planlaşdırır. “Lester”in çalışdırıcısı Enzo Mareskanın tezliklə “Çelsi”yə keçidi gözlənilir. Çempionşipin çempionu olan “Lester” yenidən Premyer Liqaya vəsiqə əldə edib.

Rud van Nistelroyun son iş yeri isə ötən ilin mayında ayrıldığı PSV olub. O, daha əvvəl Niderland millisinin məşqçilər korpusunda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest