Türkiyə Kubokunda ilk finalçı bəlli olub. Matc.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində ilk qarşılaşma baş tutub.

"Akhisarspor" "ümraniyəspor"u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda da eynihesablı qələbə qazanan akhisarlılar finala yüksələn tərəf olub.

Qeyd edək ki, ikinci finalçının adına sabah oynanılacaq "Malatyaspor" – "Qalatasaray" oyunundan sonra aydınlıq gələcək.

Türkiyə Kuboku

Yarımfinal (cavab oyunu)

"Akhisarspor" – "ümraniyəspor" – 1:0

çikalleşi, 36

İlk oyun – 1:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest