PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe “Globe Soccer Awards” tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, Mbappe bu yarışda Jude Bellinqhem (“Real”), Filip Foden (“Mançester Siti”), Antuan Qrizman (“Atletiko”), Serou Guirassi (“Ştutqart”), Erlinq Haaland (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Lautaro Martinesi (“İnter”) Rodri (“Mançester Siti”), Məhəmməd Salah (“Liverpul”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real”) kimi futbolçuları qabaqlayıb.

Xatırladaq ki, fransalı ulduz futbolçu bu mövsüm bütün turnirlərdə 48 matçda iştirak edib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mbappe cari mövsüm PSJ-də Fransa çempionatını və Fransa Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest